Pakistanlı aparıcıdan azərbaycana dəstək: “Birlikdə daha güclü!”
13 oktyabr 2020 16:22 (UTC +04:00)

Pakistanlı aparıcıdan azərbaycana dəstək: “Birlikdə daha güclü!”

“Azərbaycandan və ədaləti dəstəkləyənlərdən gələn sevgi və dəstək məni doğurdan da təəccübləndirdi”.

Bu sözləri “A News” telekanalının aparıcısı, əslən pakistanlı Jaffar Hasnain deyib. Təşəkkür mesajlarının ona tez-tez gəldiyini deyən Hasnain bildirib ki, paylaşdığı şəkillərdəki görüntülər, xüsusilə də yaralı uşaqlar onun ürəyini ağrıtıb:

“Mesaj qutum təşəkkür və sevgi mesajları ilə doludur. Mən onların hamısını oxudum. Çox, çox təşəkkür edirəm”. 

“İnstaqram” hesabında paylaşdığı dəstək dolu postları izləyicilər tərəfindən maraqla qarşılanıb. Xüsusilə “Birlikdə daha güclü!” şərhini yazdığı posta azərbaycanlı məşhurlar tərəfindən çoxsaylı təşəkkür dolu rəylər gəlib.

Qeyd edək ki, “A News” telekanalı Türkiyənin dünyadakı səsidir. Buradakı xəbərlər xarici dildə nümayiş olunur.

 

# 1588
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar