19:39
13 Oktyabr 2020

Siqaretdən istifadə ancaq bu yolla mümkün olacaq - AVSTRALİYADA

Avstraliya hökuməti ölkə üzrə siqaretdən istifadəni tamamilə ortadan qaldırmağa hədəflənmiş yeni plan hazırlayır.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, plan işə salındıqdan sonra siqaretdən asılı olanlar onu ancaq həkim resepti ilə ala biləcəklər.

Yeni hazırlanacaq plan çərçivəsində gələcək 5 il boyunca siqretin yalnız həkim resepti ilə apteklərdən alınması hədəflənir.

Hazırlanacaq yeni planda nəzərdə tutulan ikinci böyük hədəf isə tütün məhsullarının daha az asılılıq yaradan, daha az ləzzət verən şəkildə hazırlanmasıdır. Ən zərərli məhsulların bazardan çıxarılması da hədəflər arasındadır.

Ölkə səlahiyyətliləri Avstraliyanın hazırda siqaretə qarşı mübarizə tədbirlərində dünyada lider olduğunu da açıqlayıb. Dünyada siqaretin ən bahalı satıldığı ölkələr arasında da bu ölkə ilk sırada yer alır.

Dİgər xəbərlər