"Bakını hədəf alanlar unutmasınlar..." - DÖVLƏT BAXÇALI
13 oktyabr 2020 12:31 (UTC +04:00)

"Bakını hədəf alanlar unutmasınlar..." - DÖVLƏT BAXÇALI

“Ermənistan xərçəng xəstəsidir, kimyəvi terapiyasını da Türkiyə və türk düşmənçiliyi ilə edir”.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı deyib.

“Təcavüzkar ölkə Ermənistandır, günahsız insanları öldürən ölkə Ermənistandır, hüquq və qanunları tanımayan ölkə Ermənistandır. Atəşkəs çağırışları və iki ölkə arasında danışıq təklifləri yalnız iştirakçı ölkələrin təzyiqidir. Terrorçu dövlət Dağlıq Qarabağdan geri çəkilmədən və işğal olunmuş əraziləri Azərbaycana təhvil vermədən silahları endirmək, atəşkəs etmək, masalarda həll yolları axtarmaq qətllərin, rüsvayçılığın və amansızlığın leqallaşdırılması deməkdir”, - Baxçalı bildirib.

O qeyd edib ki, Dağlıq Qarabağ 1,5 əsrlik bir dərddir və masa arxasında deyil, döyüşdə terror dövləti olan Ermənistandan alınmalıdır: “Bakını hədəf alanların, İrəvanın da bir gecə qəflətən əvəz ödəyəcəyini nə ağıllarından, nə də xatirələrindən çıxarmasınlar”.

# 2005
avatar

Aygün İbrahimli

Oxşar yazılar