15:39
11 Oktyabr 2020

Ermənilərin atdığı raketin Gəncə şəhərinə düşmə anı - VİDEO

Ermənistanın “Toçka-U” sistemindən atdığı raketin Gəncə şəhərinə düşmə anının görüntüsü yayılıb.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri 11.10.2020-ci il tarixdə gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutub.

Son məlumata görə, raket zərbəsi nəticəsində 4-ü qadın olmaqla 9 nəfər həlak olub, onlarla insan, o cümlədən uşaqlar yaralanıb.

APA Gəncəyə raket zərbəsinin endirilmə anının görüntüsünü təqdim edir:

Dİgər xəbərlər