Türkiyə idmançılarından Azərbaycana dəstək - FOTO
09 oktyabr 2020 15:49 (UTC +04:00)

Türkiyə idmançılarından Azərbaycana dəstək - FOTO

Ərzurumda Xizəklə Tullanma Milli Komandası idmançıları Ermənistanın hücumuna məruz qalan Azərbaycanı dəstəkləmək üçün ay-ulduzlu bayraqları açaraq xizəklərini sürüblər.  

Lent.az Türkiyə mediasına istinadən məlumat verir ki, Palandöken rayonundakı Tullanmaq qüllələrində Dünya Qış Olimpiya Oyunlarına hazırlaşan milli idmançılar Azərbaycanı dəstəkləmək üçün fərqli bir tədbir təşkil ediblər.

Məşqlərini etdikləri 60 metr hündürlükdəki qüllələrdən tullanan idmançılar, sinələrindən çıxardıqları Türkiyə və Azərbaycan bayraqları ilə Azərbaycana dəstək olublar.

Xizəklə Tullanma Milli Komandasının atleti Fatih Arda İpçioğlu jurnalistlərə açıqlamasında Azərbaycanı dəstəkləmək üçün xizək tullandıqlarını söyləyib. İpçioğlu bunu Türkiyənin dəstəyini göstərmək üçün təşkil etdiklərini bildirib:

“Azərbaycanı müəyyən qədər də olsa dəstəklədiyimizi göstərmək istəyirik. Türkiyə-Azərbaycan dostluğunun Ərzurum Tullanma Qüllələrindən dəstəkləndiyini bütün dünyaya göstərmək istədik".

İpçioğlu bu tədbiri beynəlxalq səviyyədə yarışan idmançılar ilə təşkil etdiklərini bildirib:

"Qış olimpiya oyunlarının seçim mərhələsinin keçirildiyi bir dövrə qədəm qoyuruq. Bunun üçün burada məşq edirik, amma bugünkü tullanmamız Azərbaycan dostluğu üçün idi. Uzun müddətdir 60 metr hündürlükdən tullanırıq. Pandemiya səbəbindən yay yarışları Beynəlxalq Xizək Federasiyası tərəfindən ləğv edildi. Artıq bitdiyindən qışa hazırlığımızı davam etdiririk. Bütün dostlarımızla birlikdə qış olimpiya vizasını alaraq 2022-ci il Dünya Qış Olimpiya Oyunlarında iştirak etməyi planlaşdırırıq".

 

# 472
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar