Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilmiş Bakı küçələri... - FOTOLENT
09 oktyabr 2020 13:40 (UTC +04:00)

Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilmiş Bakı küçələri... - FOTOLENT

Azərbaycanın paytaxtı Bakının küçələri və prospektləri, binaları və iş yerləri Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilib.

Bununla bağlı reportaj Türkiyənin “TRT Haber” saytında yer alıb. Lent.az xəbər verir ki, reportajda Bakıda Azərbaycan ordusunun Ermənistan ordusuna qarşı uğurlarının və bəzi bölgələrin işğaldan azad edilməsinin sevinc və coşqusu yaşandığı qeyd olunub.

Xəbərdə torpaqlarını işğaldan qurtarmaq üçün əməliyyatlarını davam etdirən Azərbaycan ordusunu dəstəkləyən bakılılar, şəhərin demək olar ki, bütün binalarını bayraqlarla bəzədiyi yazılıb. Eyni zamanda qeyd olunub ki, küçələrdə Azərbaycan bayraqları ilə yanaşı ona dövlət və xalq olaraq dəstəyini əsirgəməyən Türkiyə bayraqları da dalğalanır.

Sözügedən fotoları təqdim edirik:

 

# 1267
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar