Xəstəxananı tərk edən Tramp Ağ Evə çatan kimi maskanı çıxartdı
06 oktyabr 2020 05:09 (UTC +04:00)

Xəstəxananı tərk edən Tramp Ağ Evə çatan kimi maskanı çıxartdı

 

ABŞ prezidenti Donald Tramp koronavirus infeksiyasından müalicə olunduğu Uolter Rid adına Milli Hərbi Tibb Mərkəzini tərk edərək Ağ Evə yollanıb.

APA "TASS"-a istinadən xəbər verir ki, bununla bağlı görüntülər Amerika telekanalları tərəfindən də nümayiş olunub.

ABŞ lideri mühafizəçilərin müşayiəti ilə tibbi maska ​​taxaraq binadan çıxıb. O, jurnalistlərin suallarını da cavablandırmayıb. Hazırda Ağ Ev rəhbəri helikopterlə iqamətgahındadır. "The Wall Street Journal" nəşrinin yazdığına görə, amerikalı lider Ağ Evə çatan kimi tibbi maskanı çıxarıb.

Qeyd edək ki, D.Tramp və onun xanımı Melaniya oktyabrın 2-də koronavirus testlərinin müsbət nəticə verdiyini açıqlamışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 947

Oxşar yazılar