12:47
04 Oktyabr 2020

Ermənistanın məqsədi Azərbaycanı təxribata çəkməkdir - İqor Korotçenko

“Ermənistan Azərbaycan şəhərlərini vurmaqla təxribata əl atır. Məqsəd Bakını cavab zərbəsi ilə təxribata çəkməklə Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) münaqişəyə cəlb etməkdir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko bildirib.

“Paşinyanın taktikası: Azərbaycan şəhərlərinə zərbələr endirməklə Bakını Ermənistandakı hədəflərə cavab zərbəsinə təhrik etmək, bundan sonra isə “aqressiyanın qurbanı” kimi Rusiya və KTMT-yə kömək üçün müraciət etməkdir”, - deyə rusiyalı hərbi ekspert vurğulayıb.

Dİgər xəbərlər