12:07
03 Oktyabr 2020

Ali Baş Komandan: “Biz nə ediriksə, özümüz edirik, bizim qabil ordumuz var!”

“Azərbaycanda hər hansı xarici ölkənin iştirakına dair heç bir dəlil belə yoxdur. Biz nə ediriksə, özümüz edirik. Bizim qabil ordumuz var”.

APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev oktyabrın 2-də “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində deyib.

İlham Əliyev bildirib ki, ordumuzda kifayət qədər insan var, ehtiyatımızda kifayət qədər insan var: “Mən qismən səfərbərlik elan etmişəm. Bu, bizə ehtiyac olacağı təqdirdə ehtiyatda olan on minlərlə adamı cəlb etməyə imkan verəcək. Beləliklə, bizim buna ehtiyacımız yoxdur. Ermənistanın buna ehtiyacı var, çünki Ermənistan əhalisinin sayı azalır, cəmi 2 milyon nəfərdir”.

Dİgər xəbərlər