"Liverpul"un hücumçusu koronavirusa yoluxdu
03 oktyabr 2020 05:18 (UTC +04:00)

"Liverpul"un hücumçusu koronavirusa yoluxdu

İngiltərənin “Liverpul” klubunun Seneqallı forvardı Sadio Mane koronavirusa yoluxub.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Mane hazırda özünü yaxşı hiss edir. Onun özünütəcrid vəziyyətində müalicə alacağı vurğulanıb.

Qeyd edək ki, daha əvvəl klubun yarımmüdafiəçisi Tiaqo Alkantara da yeni növ virusa yoluxmuşdu.

Məlumat üçün bildirək ki, Premyer Liqada keçirdikləri üç oyunda üç qələbə qazanan Yurgen Kloppun komandası oktyabrın 4-də səfərdə Aston Villa ilə qarşılaşacaq.

# 997
avatar

Oxşar yazılar