11:58
02 Oktyabr 2020

Fransa səfiri canilərlə bir masada: belə “həmsədr”dən hansı ədaləti gözləmək olar? 

Dağlıq Qarabağ müharibəsinin beşinci günü düşmən tərəfin həyasızcasına, həm də “qürur” hissilə yayımladığı foto gündəmi qarışdırıb. Əslində, bu foto ATƏT-in Minsk Qrupunun “atəşkəs” çağırışına əngəl yaradaraq həmsədr ölkələrdən bir olan Fransanın “tərəfkeş”liyini ortaya qoydu.

Fotoya diqqət! – Fransanın İrəvandakı səfiri Conatan Lakote işğalçı ölkənin müdafiə naziri David Tonoyan və heç bir ölkə, hətta Fransanın özü tərəfindən belə tanınmayan, qəbul edilməyən separatçı rejimin komanda heyəti ilə bir masada oturaraq müzakirələr aparır. Bunlar nəyi müzakirə edirlər? Azərbaycana qarşı yeni hücum planınımı? Harada qaldı sənin tərəfsiz həmsədrliyin? Münaqişəni nizamlamaq deyəndə bunumu nəzərdə tutur Fransa? Lazım deyil, Azərbaycan dövləti, əsgəri, Ali Baş Komandanı – özümüz nizamlayarıq!

Dİgər xəbərlər