Məktəblərdə təhsilalanlarda formalaşdırılacaq səriştələr və dəyərlər müəyyənləşdi
30 sentyabr 2020 19:24 (UTC +04:00)

Məktəblərdə təhsilalanlarda formalaşdırılacaq səriştələr və dəyərlər müəyyənləşdi

Ümumi təhsil pilləsində təhsilalanlarda formalaşdırılacq səriştələr və dəyərlər müəyyənləşib.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin yeni redaksiyada təsdiq etdiyi “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”nda əksini tapıb.

Beləliklə, səriştə təhsil prosesində və həyatda mənimsənilmiş, hər hansı fəaliyyət sahəsi, eləcə də şəxsi inkişaf, sosiallaşma və cəmiyyətə inteqrasiya, məşğulluq, ömürboyu təhsil üçün zəruri olan bilik, bacarıq, yanaşma və dəyərlər məcmusudur. Səriştələr ümumi təhsil səviyyəsində tədris olunan fənlər və dərsdənkənar məşğələlər vasitəsilə formalaşdırılır.

 

Ümumi təhsil pilləsində formalaşdırılan səriştələr aşağıdakı təsnifata uyğun və cədvəldə qeyd olunan təhsil  səviyyələri üzrə qruplaşdırılır:

- təfəkkürlə bağlı səriştələr - yaradıcılıq (kreativlik), tənqidi təfəkkür, problem həlletmə, qərar qəbuletmə, müstəqil öyrənmə;

- fəaliyyətlə bağlı səriştələr - ünsiyyət, əməkdaşlıq, rəqəmsal savadlılıq, informasiya savadlılığı, maliyyə savadlılığı;

- dəyərlər - milli kimliyin dərki və milli iftixar hissi, fəal vətəndaş mövqeyi, şəxsi və sosial məsuliyyət, demokratiya və insan hüquqlarına hörmət, mədəni müxtəlifliyə hörmət.
 

Təsnifat

Səriştələr

Məktəbə- hazırlıqda

İbtidai təhsil səviyyəsində

Ümumi orta təhsil səviyyəsində

Tam orta təhsil

səviyyəsində

Təfəkkür

yaradıcılıq (kreativlik)

əşyalardan qeyri-adi formada istifadə edir

mövcud olan- lara orijinal əlavələr və düzəlişlər edir

qeyri-standart yanaşma nümayiş etdirir

innovativ layihələr hazırlayır

tənqidi təfəkkür

bildiyi və yeni informa-

siya arasında eyniliyi və fərqləri müəy- yənləşdirir

fikrini əsaslan- dırmağı bacarır

təhlil edilən məsələlərdə uyğunsuzluqları və ziddiyyətləri müəyyən edir

qiymətlən- dirmə zamanı dəlillərə və dəyərlərə əsaslanır

 

 

 

problem həlletmə

problemin həlli ilə bağlı ehtimallar irəli sürə bilir

problemin həlli üçün alqoritmlər qurur

problemin optimal həlli yollarını müəyyən edir

problemli situasiyalarda emosional sabitlik nümayiş etdirir, proble- mi konstruktiv şəkildə həll edir

qərar qəbuletmə

qərar qəbul- etmədə iştirak edir

qərarlarının müsbət və mənfi nəticələrini proqnozlaşdırır

qərar qəbulunda prioritetlərə əsaslanır

əsaslandırıl- mış qərarlar qəbul edir və nəticəsi üçün məsuliyyət daşıyır

müstəqil öyrənmə

müstəqil öyrənməyə maraq nümayiş etdirir

öyrənmə mən- bələrini (müşa- hidə, insanlar, kitablar, internet və s.) ayırd edir

öz öyrənmə fəaliyyətini müəyyənləşdirə, istiqamətləndirə, tamamlaya bilir

öz öyrənmə fəaliyyətinin keyfiyyətini qiymətləndirir

Fəaliyyət

ünsiyyət

ünsiyyət etiketlərinə riayət edir

öz fikirlərini ifadə etməyi və digərlərini dinləməyi bacarır

ana dilində və xarici dildə ünsiyyət qurur

ana dilində və xarici dildə fikirlərə müna- sibət bildirir, mülahizələrini əsaslandırır

əməkdaşlıq

kollektiv fəaliyyətdə iştirak qayda- larına bələddir

kollektivdə işləməyi bacarır

kollektivin ortaq məqsədləri üçün çalışır

kollektivdə birgə fəaliyyət və liderlik bacarıqları nümayiş etdirir

rəqəmsal savadlılıq

informasiya- kommunikasi- ya texnologi- yalarını (İKT) tanıyır və fərqləndirir

İKT-dən ilkin istifadə bacarıqları nümayiş etdirir

İKT-nin imkanlarından məqsədyönlü istifadə edir

cəmiyyətin həyatında İKT-nin

əhəmiyyətini dəyərləndirir, fəal istifadəçi bacarıqları nümayiş etdirir

informasiya savadlılığı

informasiya barədə ilkin biliklərə malikdir

informasiya axtarmağın və toplamağın yollarını bilir

informasiyanın xassələrini nəzərə almaqla, onu emal və istifadə edir

informasiya- dan fəaliyyə- tində məqsəd- yönlü istifadə

edir

maliyyə savadlılığı

pul və qənaət barədə məlumatlıdır

şəxsi büdcəsindən səmərəli istifadə edir

səmərəli istehlak davranışı nümayiş etdirir, resurslar- dan qənaətlə

istifadə edir

iqtisadi layihə- lər qurur, sahibkarlıq ideyaları irəli

sürür

 

 

Dəyərlər

milli kimli- yin dərki və milli iftixar hissi

dövlət rəmzlərini tanıyır

dövlət rəmzləri- nə hörmət nümayiş etdirir

azərbaycançılıq ideyalarını mənimsədiyini nümayiş etdirir

azərbaycan- çılıq ideyalarını təbliğ edir

fəal vətəndaş mövqeyi

yaşadığı bölgə və ölkə haqqında məlumatlıdır

dövlət və dövlət- çilik ənənələri barədə məlumatlıdır

dövlət maraqlarının müdafiəsində öz rolunu dərk edir

dövlət maraqlarını müdafiə edir

şəxsi və sosial məsuliyyət

davranış mədəniyyəti haqqında məlumatlıdır

şəxsi məsuliyyətini dərk edir

şəxs-cəmiyyət münasibətlərini şərh edir, cəmiy- yət qarşısında məsuliyyətini dəyərləndirir

cəmiyyət qarşısında məsuliyyətini şərh edir, sosial layihə- lərdə iştirak edir, könüllü- lük fəaliyyəti ilə məşğul olur

demokratiya və insan hüquqlarına hörmət

insan hüquq- ları barədə təsəvvürə malikdir

öz hüquqlarını və vəzifələrini bilir, digər insanların hüquq və vəzi- fələrinə hörmət nümayiş etdirir

insan hüquq və azadlıqlarının mahiyyətini dərk edir

insan hüquq və azadlıq- larını müdafiə edir

mədəni müxtəlifliyə hörmət

mədəni müxtəliflik barədə məlumatlıdır

mədəni müxtə- lifliyi (müxtəlif etnik qruplar, dillər, dinlər, irqlərə mənsub insanlar) qəbul

edir

birgə yaşayış qaydalarına əməl edir

ayrı-seçkiliyin yolverilməz- liyini əsaslandırır

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1776

Oxşar yazılar