Tərtərdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sentyabrın 29-da saat 13 radələrində Tərtər rayonu ərazisində müəyyən edilməmiş avtomobillə rayon sakini İ.İsmayıllının idarə etdiyi “Volkswagen” markalı avtomobil toqquşub.
Qəza nəticəsində, sürücü İ.İsmayıllı, sərnişinləri - qardaşı Nahid və anası Güllü İsmayılova xəstəxanaya yerləşdirilib, anası aldığı xəsarətlərdən orada ölüb.
Faktla bağlı Tərtər rayon Polis Şöbəsində araşdırmalar aparılır.