Ədliyyə işçiləri və hakimlər Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürdü
29 sentyabr 2020 19:55 (UTC +04:00)

Ədliyyə işçiləri və hakimlər Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürdü

Ədliyyə işçiləri və hakimlər vətəndaş fəallığı və orduya dəstəklərini nümayiş etdirərək mütəmadi olaraq əmək haqlarının bir hissəsini Silahlı Qüvvələrə Yardım Fonduna köçürürlər.

Ədliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, cəbhədə qələbələrimizdən ruhlanan ədliyyə işçiləri və hakimlər hazırda da əmək haqları fondundan 1 milyon 600 min manatın Silahlı Qüvvələrə Yardım Fonduna köçürülməsi qərarına gəliblər: "Ordumuz ən yüksək səviyyədə təchiz edilir, gündəlik dövlət qayğısı ilə əhatə olunur və əlavə heç bir yardıma ehtiyac yoxdur. Bu addım isə ordu ilə həmrəylik nümayişi kimi mənəvi borc hesab olunub. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli mövqeyindən qürur və iftixar hissi duyan ədliyyə və məhkəmə işçiləri bu şərəfli yolda dövlət başçısının ətrafında sıx birləşdiklərini ifadə edirlər".

# 547
avatar

Oxşar yazılar