Bu tarixlərdə ictimai nəqliyyat fəaliyyətini dayandıracaq - RƏSMİ
28 sentyabr 2020 17:15 (UTC +04:00)

Bu tarixlərdə ictimai nəqliyyat fəaliyyətini dayandıracaq - RƏSMİ

Həftəsonu sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə bağlı müddət uzadılıb.

Lent.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə qərarında bildirilib. 

Qeyd edilib ki, aşağıdakı tarixlərdə ictimai nəqliyyat fəaliyyətini dayandıracaq:

3 oktyabr 00:00-dan 5 oktyabr saat 06:00-dək;

10 oktyabr saat 00:00-dan 12 oktyabr saat 06:00-dək;

17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-dək;

24 oktyabr saat 00:00-dan 26 oktyabr saat 06:00-dək;

Oktyabrın 31-i saat 00:00-dan 2 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkətinin və Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 806

Oxşar yazılar