11:31
28 Sentyabr 2020

“Bəzi beynəlxalq təşkilatların rəhbərlərinin mövqeləri qəbuledilməzdir" - Hikmət Hacıyev

“Beynəlxalq ictimaiyyətin narahatlığını başa düşürük”.

APA-nın məlumatına görə, bunu bu gün xarici ölkələrin səfirləri, diplomatları üçün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, beynəlxalq ictimaiyyət Ermənistanı işğala son qoymağa çağırmalıdır: “Bəzi beynəlxalq təşkilatların rəhbərlərinin mövqeləri isə qəbuledilməzdir. Amerika Dövlətləri Təşkilatının rəhbəri qurumdakı dövlətlərin mövqeyini nəzərə almadan, qərəzli bəyanat verib. Frankofoniya Təşkilatının Baş Katibinin mövqeyini də qəbul etmirik. Biz üzv dövlətlərə müraciət edirik ki, qurumların rəhbərləri üzv dövlətlərin mövqelərini nəzərə alsın”.

Dİgər xəbərlər