19:06
27 Sentyabr 2020

Putin və Paşinyan arasında telefon danışığı olub

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin qəflətən gərginləşməsi müzakirə olunub.

Rusiya Prezidenti genişmiqyaslı hərbi toqquşmaların bərpasından ciddi narahatlığını ifadə edib.

Hazırda qarşıdurmanın daha da böyüməməsi üçün bütün lazımi səyləri göstərməyin vacib olduğu və ən əsası hərbi əməliyyatları dayandırmaq lazım olduğu qeyd olunub.

Dİgər xəbərlər