“Tezliklə qələbə qazanacağımıza inanırıq” - Deputat
27 sentyabr 2020 17:28 (UTC +04:00)

“Tezliklə qələbə qazanacağımıza inanırıq” - Deputat

“Kəndlərimizin, mülki vətəndaşlarımızın düşmən atəşinə məruzqalma faktı var. Yaralanların sayı ilə bağlı dəqiqləşdirmələr aparılır”.

APA-nın məlumatına görə, bu barədə hazırda cəbhəyanı bölgədə - Füzuli rayonunda olan deputat Vüqar Bayramov bildirib.

Deputat deyib ki, döyüş şəraiti Ordumuzun tam nəzarəti altındadır:  “Yüksək əhval-ruhiyyəsi, əzmkarlığı ilə seçilən Ordumuz düşmən təxribatının qarşısını layiqincə almaqdadır. Bu həssas məqamda milli birlik nümayiş etdirməyimiz də vətənpərvərlik hissinin göstərcisidir. Ali Baş Komandamıza, Ordumuza güvənərək tezliklə qələbə qazanacağımıza inanırıq. Bizim işimiz haqq işidir!”

V.Bayramov mövcud durumla bağlı davamlı olaraq insanları doğru məlumatlandırmağın, dezinformasiyaların qarşısını almağın önəmini də vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 585

Oxşar yazılar