Rusiya XİN-dən Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi ilə bağlı BƏYANAT
27 sentyabr 2020 11:52 (UTC +04:00)

Rusiya XİN-dən Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi ilə bağlı BƏYANAT

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi ilə bağlı bəyanat yayıb.

APA-nın Moskva müxbirinin Rusiya XİN-in saytına istinadən verdiyi məlumata görə, bəyanatda bildirilib: “Məlumata görə, Dağlıq Qarabağ münaqişəsi zonasında  vəziyyət qəflətən gərginləşib. Təmas xətti boyunca hər iki tərəfdən intensiv atəş aparılır. İtkilər barədə məlumatlar daxil olur. Tərəfləri atəşi dərhal dayandırmağa, vəziyyətin sabitləşməsi məqsədi ilə danışıqlara başlamağa çağırırıq”, - deyə Rusiya XİN-in bəyanatında vurğulanıb.

# 7474
avatar

Oxşar yazılar