Minik avtomobili betonqarışdıran maşınla toqquşdu, yaralılar var - FOTO
26 sentyabr 2020 18:06 (UTC +04:00)

Minik avtomobili betonqarışdıran maşınla toqquşdu, yaralılar var - FOTO

Hacıqabulda minik avtomobili betonqarışdıran maşınla toqquşub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax yolunun Hacıqabul rayonunun Nəvahi qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Təmir olunan yolda “Opel” markalı avtomobil idarəetməni itirərək betonqarışdıran maşınla toqquşub. Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

# 1447
avatar

Oxşar yazılar