Bakıda soyğunçuluq: döyüb...
25 sentyabr 2020 12:31 (UTC +04:00)

Bakıda soyğunçuluq: döyüb...

Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə sentyabrın 23-də rayon ərazisindəki parkların birində 2 nəfərin Bakı şəhər sakini K.Dostuməliyevə zor tətbiq edərək 100 manat pulunu və 681 manat dəyərində “Topaz” kuponunu alması barədə məlumat daxil olub.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuş Ç.Nəsirov və S.Hüseynzadə müəyyən edilərək saxlanılıblar.

Yasamal rayon Polis İdarəsində araşdırma aparılır.

# 1381
avatar

Mehman Nəbiyev

Oxşar yazılar