Roza ilə Miri Yusif arasında QALMAQAL: "Sən müğənni deyilsən, sadə ol" - VİDEO
25 sentyabr 2020 09:49 (UTC +04:00)

Roza ilə Miri Yusif arasında QALMAQAL: "Sən müğənni deyilsən, sadə ol" - VİDEO

 Müğənni Roza Zərgərli Xalq artisti Miri Yusif barədə qalmaqallı açıqlama verib. Lent.az-ın canlı yayımında qonaq olan R.Zərgərli bildirib ki, M.Yusifi müğənni hesab etmir:

“Mən Miri Yusifə qulaq asa bilmirəm. Ona “Dəyirman” qrupu vaxtında qulaq asa bilirdim. Onun bir “Ad günü” mahnısını bilirəm. Onun yaradıcılığını izləmirəm. Mən repə 24 saat qulaq asa bilərəm. Məsələn Elşad Xoseyə 24 saat qulaq asaram. Əslində Miri Yusif başqa şeylərə görə məndə qıcıq yaradır. Ağac nə qədər bar versə, başını aşağı salmalıdır. Miri Yusiflə münasibətim yaxşıdır, amma bu iradı deməliyəm. Mən solo konsert verəndə, “Dəyirman” qrupu konsertimin fasiləsində səhnəyə çıxırdı. O konsertimə Aygün Kazımova, Elşad Xose də gəlmişdi. Miri Yusif əvvəldən ulduzluq xəstəliyinə tutulub. İnsan irəlilədikcə daha sadə olmalıdır. O qrupda olanda mən solo fəaliyyət göstərirdim, mən dəyişmədim ki? Bu artıq mənim insanlıq xüsusiyyətimdir.

Miri Yusif müğənni deyil, o, musiqili rep janrını oxuyur. O janrı da Elşad Xosedən əvvəl və sonra oxuyan görmədim. İndi bunun haqqında danışdım, deyəcək ki, özünə reklam qazanmaq istəyir. Camaat mənlə özünü reklam edir, mənə belə reklam lazım deyil. Ətrafımda olan çox insan məndən çəkinir. Çünki bilirlər ki, mən sözü üzə deyən adamam”.

Qeyd edək ki, sözügedən mövzuya aşağıdakı videonun 34-cü dəqiqəsindən sonra baxa bilərsiniz.

# 12193
avatar

Yalçın UĞUR

Oxşar yazılar