ABŞ Senatından Rusiyaya qarşı SANKSİYA TƏLƏBİ
25 sentyabr 2020 07:10 (UTC +04:00)

ABŞ Senatından Rusiyaya qarşı SANKSİYA TƏLƏBİ

Bir qrup ABŞ senatoru Aleksey Navalnı ilə yaşanan insidentlə bağlı Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsi təqdim edib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə senator Marko Rubio internet hesabında məlumat paylaşıb.

Qanun layihəsində “beynəlxalq hüququn açıq şəkildə pozulmasında”, o cümlədən Navalnının “zəhərlənməsində” iştirak edən Rusiya rəsmilərinə qarşı sanksiyaların tətbiq olunması nəzərdə tutulur.

Layihə ABŞ səlahiyyətlilərindən Rusiya Prezidenti Vladimir Putin və ətrafının maliyyəsi qaynaqları haqqında məlumatların hesabat şəkilində Konqresə vermələrini tələb edir. 

Sənədi respublikaçı senatorlar Marko Rubio, Mitt Romni, habelə demokratlar Kris Kuns, Ben Kardin və Kris Van Hollen tərəfindən dəstəklənib.

 

# 1294
avatar

Oxşar yazılar