17:15
24 Sentyabr 2020

Elnarə Xəlilova əri üçün bunu etdi - VİDEO

Müğənni Elnarə Xəlilova yeni mahnısı və klipini təqdim edib.

Lent.az -ın məlumatına görə, "Ruh Əkizi" adlanan yeni yaradıcı işin musiqisi Rəşad Bağırov, sözləri Cavid Əhmədov, aranjemanı isə Rəşad Bağırova məxsusdur. Klipin rejissoru Bəhruz Qurbanlı, prodüseri PRoMete, icracı prodüseri Faiq Abdullayevdir.

Müğənni "Ruh Əkizi" mahnısını həyat yoldaşı ilə tanışlığının 20 illiyinə həsr edib. Klipdə onların toyundan olan görüntülər yer alıb. Çəkilişlər “CinemaPlus” kinoteatrında aparılıb.

Xatırladaq ki, Elnarə telejurnalist Rövşən Cahangirovla ailəlidir. Onların 4 övladı var.

Dİgər xəbərlər