Gürcüstanda koronavirusa yoluxma artmaqda davam edir
22 sentyabr 2020 11:02 (UTC +04:00)

Gürcüstanda koronavirusa yoluxma artmaqda davam edir

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 218 yoluxma halı qeydə alınıb, 2 nəfər vəfat edib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 3 913 nəfərə çatıb. 

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 4 988 nəfər karantində saxlanılır, 836 nəfər isə stasionar şəraitdə müalicə olunur. Koronavirusa yoluxanlardan 1 574 nəfərin sağaldığı, 22 nəfərin isə vəfat etdiyi bildirilir.

# 1219
avatar

Oxşar yazılar