Azərbaycanda qaynını güllələyən cəzalandırıldı
21 sentyabr 2020 10:55 (UTC +04:00)

Azərbaycanda qaynını güllələyən cəzalandırıldı

Sentyabrın 20-də səhər saat 6 radələrində Sabirabad rayonu ərazisində 34 yaşlı  Aqil Nəsirovun odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sabirabad rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin qayını Zəka Nəsirovun qeyd edilən tarixdə ovda olarkən ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılan atəşdən Aqil Nəsirovun xəsarət almasına və aldığı xəsarətdən ölməsinə əsaslı şübhələr yaranıb.

Faktla bağlı Sabirabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Zəka Nəsirov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

# 1345
avatar

Mehman Nəbiyev

Oxşar yazılar