Bakıda avtomobil ağaca çırpıldı, xəsarət alanlar var - FOTO
20 sentyabr 2020 01:04 (UTC +04:00)

Bakıda avtomobil ağaca çırpıldı, xəsarət alanlar var - FOTO

 

Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Maştağa-Zabrat yolunda qeydə alınıb.

"Mitsubishi" markalı avtomobillə hərəkətdə olan  sürücü idarəetməni itirib. Avtomobil şosedən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Avtomobildə olan sürücü və iki sərnişin salonda sıxışıb qaldığından əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidnmətinin əməkdaşları gəlib. Avtomobildə olan üç nəfər çıxarılaraq təcili tibbi yardım xidməti vasitəsilə xəstəxanaya yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2274

Oxşar yazılar