Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO
19 sentyabr 2020 01:14 (UTC +04:00)

Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO


Bakının Səbail rayonunda iki avtomobil toqquşub.

APA xəbər verir ki, hadisə Bakı-Salyan şossesinin üçüncü kilometrliyində qeydə alınıb.

“Kia” markalı avtomobil hərəkətdə olan zaman “Lada Priora” markalı nəqliyyat vasitəsi qəfil onun qarşısına çıxıb. Qəza nəticəsində hər iki avtomobilin sürücüləri müxtəlif bədən xəsarətləri alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Hadisə yerinə Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəld edilib.

# 1240
avatar

Oxşar yazılar