Avtomobilin vurduğu piyada xəstəxanada keçindi
18 sentyabr 2020 23:15 (UTC +04:00)

Avtomobilin vurduğu piyada xəstəxanada keçindi


Goranboyda piyadanın vurulması ilə bağlı yol-nəqliyyat hadisəsi baş verib. 

APA-nın Mingəçevir bürosunun məlumatına görə, 1962-ci il təvəllüdlü Aşağı Ağcakənd sakini Rzayev Hafiz Müzəffər oğlu idarə etdiyi “VAZ 2107” markalı minik maşını ilə Qızılhacılı qəsəbəsi istiqamətində kimliyi hələlik müəyyənləşdirilməmiş Zeynallı kənd sakinini yolu keçərkən vurub. 

Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

İlkin məlumata görə, ölən piyada sərxoş vəziyyətdə olub. Faktla bağlı araşdırma aparılır. 

 

# 1714
avatar

Oxşar yazılar