Abşeronda yol qəzası olub.
APA-nın yerli bürosunun məlumatına görə, qəza rayonun Saray qəsəbəsi, Heydər Əliyev küçəsində qeydə alınıb. Hərəkətdə olan “Mercedes” markalı minik avtomobili “Ford” markalı yük maşını ilə toqquşub.
Qəza nəticəsində hər iki avtomobilin sürücüsü xəsarət alıb. “Mercedes”in sürücüsu, 40 yaşlı Paşayev Məhəmməd Namiq oğlunun vəziyyətinin ağır olduğu bildirilir.
Hər iki sürücüsü xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.