Bu il qızıl nişan alan məzunların sayı AÇIQLANDI
18 sentyabr 2020 17:24 (UTC +04:00)

Bu il qızıl nişan alan məzunların sayı AÇIQLANDI

Təhsil naziri Emin Əmrullayev 2019-2020-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında əmr imzalayıb.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, əmrə əsasən, ötən tədris ilinin XI sinif məzunlarından 125 nəfər qızıl, 76 nəfər isə gümüş nişanla təltif olunub.

Qaydalara əsasən, ümumi təhsil pilləsini xüsusi nailiyyətlərlə başa vuran məzunlar qızıl və ya gümüş nişanla təltif olunurlar.

 

 

 

# 2569
avatar

Aygün İbrahimli

Oxşar yazılar