Keçmiş məhkumun evindən 6 kilodan çox narkotik çıxdı
18 sentyabr 2020 14:17 (UTC +04:00)

Keçmiş məhkumun evindən 6 kilodan çox narkotik çıxdı

Astarada evdən narkotik maddə tapılıb.

Lent.az DİN mətbuat xidmətinə istinadla xəbər verir ki, Astara rayon Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında əməliyyat tədbirləri keçiriblər. Nəticədə Təngərüd kənd sakini, əvvəllər məhkum olunmuş E.Əsgərovun evindən 6 kiloqram 657 qram marixuana aşkar edilərək götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1464

Oxşar yazılar