"Neftçi" - "Qalatasaray" oyununun əmsalları
17 sentyabr 2020 10:30 (UTC +04:00)

"Neftçi" - "Qalatasaray" oyununun əmsalları

Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” (Azərbaycan) - “Qalatasaray” (Türkiyə) oyununun əmsalları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları İstanbul klubunu matçın aşkar favoriti sayırlar.

Bu gün Bakı Olimpiya Stadionunda baş tutacaq matçda “Neftçi”nin qələbəsi 6,05, məğlubiyyəti 1,49 əmsaldır. Qarşılaşmada heç-heçəyə 4,32 əmsal verilib.

Qeyd edək ki, qarşılaşma saat 20:00-da başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2237

Oxşar yazılar