Tramp söz verdi: COVID-19 peyvəndi oktyabrda paylanacaq
17 sentyabr 2020 08:23 (UTC +04:00)

Tramp söz verdi: COVID-19 peyvəndi oktyabrda paylanacaq

Prezident Donald Tramp ABŞ-da COVID-19-a qarşı peyvəndin oktyabr ayında paylanacağını bildirib.  

APA RİA Novosti-yə istinadən xəbər verir ki, ABŞ lideri bu barədə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.  

O, peyvəndlərin çox etibarlı və ədalətli şəkildə paylanmasına hazır olduqlarını qeyd edib: “COVID-19 əleyhinə peyvəndlərin paylanmasına oktyabr ayında başlaya bilərik. Düşünürəm ki, bu oktyabrın ortalarından, bəlkə də bir az sonra baş tutacaq”.  

Trampın sözlərinə görə, ABŞ-da 2020-ci ilin sonunadək 100 milyona qədər vaksinin paylanmasına hazırlıq görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1974

Oxşar yazılar