1271
16:06
15 Sentyabr 2020

Koronavirus statistikası: 138 nəfər sağaldı, 114 nəfər yoluxdu, 2 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 114 yeni yoluxma faktı qeydə alınıb, 138 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 38517 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 35998 nəfər müalicə olunaraq sağalıb, 566 nəfər vəfat edib, aktiv xəstə sayı 1953 nəfərdir.

Ölkədə son sutka ərzində 6921, hazırkı dövrədək isə 1020029 test aparılıb.

Dİgər xəbərlər