Zəncirvari yol qəzası: xəsarət alanlar var
11 sentyabr 2020 03:14 (UTC +04:00)

Zəncirvari yol qəzası: xəsarət alanlar var

0

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qasımallar kəndində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2107” markalı minik maşını “Mercedec” markalı avtomobillə  toqquşub.

İdarəetmədən çıxan “VAZ 2107” markalı minik maşını sonra “Isuzu” markalı avtomobilə çırpılıb.

Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. 

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1637

Oxşar yazılar