Məleykə Abbaszadə yeni ixtisasların keçid balından DANIŞDI
10 sentyabr 2020 15:22 (UTC +04:00)

Məleykə Abbaszadə yeni ixtisasların keçid balından DANIŞDI

“Bu il yaranan yeni ixtisaslarla bağlı keçid balı yoxdur, ancaq bununla bağlı biz müəyyən istiqamət verə bilərik”.

Bu sözləri Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, bunun üçün hər bir abituriyent öz yerini müəyyənləşdirməlidir:

“Məsələn, 600 bal toplayan abituriyent öz yerini bilmək üçün 600-dən yüksək bal toplamış rəqiblərinin sayına baxmalıdır. 600-dən aşağı toplayan şəxslər 600 bal toplayan abituriyentin rəqibi deyil. 

Sizə məsləhətim bundan ibarətdir ki, nəşr olunan 4 nömrəli jurnalı alaraq ilk olaraq plan cızasınız. Planda hansı ixtisasları istədiyinizə, dövlət sifarişli və ya ödənişli olmasına, qiyabi, əyani təhsil olmasına, eləcə də Bakı və digər regionlarda olan universitet seçimini dəqiqləşdirəsiniz”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6437

Oxşar yazılar