1164
12:31
10 Sentyabr 2020

Qadın gözəllik salonundan oğurluq etdi

Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə avqustun 31-də rayon ərazisindəki gözəllik salonlarının birindən 50 manat dəyərində eynək qabının oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyindən Lent.az -a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğun Bakı şəhər sakini Z.Əliyevanın törətdiyi müəyyən edilərək saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun F.Bəylərlinin pulqabısından 400 manat, E.Sərxanovanın çantasından isə 200 manat oğurlaması da müəyyən edilib.

Dİgər xəbərlər