Azərbaycandan Ermənistan qarşısında daha bir ŞƏRT
10 sentyabr 2020 11:21 (UTC +04:00)

Azərbaycandan Ermənistan qarşısında daha bir ŞƏRT

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əqli mülkiyyət obyektlərinə hüquqların qorunması sahəsində gömrük orqanlarının qarşılıqlı fəaliyyəti haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, MDB Hökumət Başçıları Şurasının Aşqabad şəhərində keçirilmiş 2019-cu il 31 may tarixli iclasında imzalanmış “Milli Məclisə Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əqli mülkiyyət obyektlərinə hüquqların qorunması sahəsində gömrük orqanlarının qarşılıqlı fəaliyyəti haqqında” Sazişdə Azərbaycan Respublikasının qeyd-şərti əksini tapıb.

Sənəddə qeyd edilir ki,  Ermənistan Respublikası tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş əraziləri azad olunmayanadək və işğalın nəticələri tam aradan qaldırılmayanadək, Sazişdə göstərilmiş heç bir hüquq, öhdəlik və müddəalar Azərbaycan Respublikası tərəfindən Ermənistan Respublikasına, habelə işğal olunmuş ərazilərdə həyata keçirilən fəaliyyətə münasibətdə tətbiq edilməyəcək.

Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3573

Oxşar yazılar