Dünyada koronavirusdan ölənlərin sayı 900 mini keçdi
10 sentyabr 2020 04:30 (UTC +04:00)

Dünyada koronavirusdan ölənlərin sayı 900 mini keçdi

 

Dünyada COVID-19 infeksiyasından təsdiqlənmiş ölüm hallarının sayı 900 mini keçib.

APA xəbər verir ki, bu barədə federal və yerli hakimiyyət orqanlarının, eləcə də KİV və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən Cons Hopkins Universiteti öz hesabatında qeyd edib.

Universitetin məlumatına görə, dünyada koronavirus infeksiyasına yoluxma hallarının sayı 27 695 130-a çatıb, COVID-19 diaqnozu qoyulmuş 900 079 nəfər isə dünyasını dəyişib. Bu müddət ərzində 18 606 083 nəfər müalicə olunaraq sağalıb.

Ölənlərin sayına görə birinci yerdə ABŞ durur - 190 649 ölüm. İkinci və üçüncü yerləri Braziliya (127 464) və Hindistan (73 890) bölüşür.

# 1162
avatar

Oxşar yazılar