İranda koronavirusdan ölənlərin sayı 127 nəfər artdı
09 sentyabr 2020 18:51 (UTC +04:00)

İranda koronavirusdan ölənlərin sayı 127 nəfər artdı

İranda ötən sutka ərzində 127 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S. Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 22669 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saatda 2313 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 393425 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3735 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

O əlavə edib ki, İranda indiyədək 339111 nəfər koronavirusdan sağalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1916

Oxşar yazılar