Türkiyədə son sutkada koronavirusdan 52 nəfər ölüb
08 sentyabr 2020 20:37 (UTC +04:00)

Türkiyədə son sutkada koronavirusdan 52 nəfər ölüb

Türkiyədə son sutka ərzində koronavirusdan 52 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca “Twitter” səhifəsində yazıb. 

Nazir bildirib ki, son 24 saatda 110 565 şübhəli koronavirus testindən keçib, onlardan 1761-nin cavabı pozitiv çıxıb, ağır xəstə sayı 1159  nəfər olub, 1093  xəstə isə sağalaraq evə buraxılıb. 

Türkiyədə ümumilikdə 283 270 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 253 245 nəfər sağalıb, 6782 nəfər ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1627

Oxşar yazılar