1625
14:40
08 Sentyabr 2020

Bu il cinayət başında yaxalananların sayı açıqlandı - RƏSMİ

Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gununreqemi həştəqi ilə məlumatlar yerləşdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən APA -ya verilən məlumata görə, bu günün rəqəmi isə “27”-dir.

Belə ki, 2020-ci ilin I yarımili ərzində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları keçirilən əməliyyat tədbirləri nəticəsində 27 şəxsin cinayət başında yaxalanmasını təmin edib.

Prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.

Dİgər xəbərlər