“Bakı Tikiş Evi”nin (BTE) mağazalarından məktəbli formalarının alınmasıa başlanılıb”.
Bunu Lent.az-a açıqlamasında BTE-nin satış şöbəsinin rəisi Etibar Əzimov deyib. O bildirib ki, pandemiya ilə əlaqədar “Mall”ların daxilində olan mağazalar bağlıdır:
“Onların əvəzində açıq olan mağazalar şənbə və bazar günləri də işləyir ki, insanlar çətinlik yaşamasın.
Hazırda mağazalarda alışla əlaqədar sıxlıq yaşanmır. Bunun bir səbəbi də hələ məktəblərin tam açılmaması ilə bağlıdır. Geyimlərimiz kifayət qədərdir və hazırda forma tikişi davam edir”.
E.Əzimov əlavə edib ki, məktəbli formalarının qiymətində hər hansı bir dəyişiklik edilməyib:
“I-VI siniflərin məktəbli formasının qiyməti 40 manat, VII-XI sinif şagirdləri üçün isə 46 manatdır. Bu dəstə pencək, şalvar və yaxud pencək, ətək daxildir. Məktəbli köynəkləri və jiletləri isə 8 manata satılır. Geyimlərin keyfiyyətinə ən azı bir il zəmanət veririk və istifadə edilən pambıq parçalar Türkiyədən gətirilir”.