Virtual məktəbdə qeydiyyat müvəqqəti dayandırılır
08 sentyabr 2020 11:41 (UTC +04:00)

Virtual məktəbdə qeydiyyat müvəqqəti dayandırılır

Sentyabrın 8-dən etibarən “Virtual məktəb”də qeydiyyat prosesi müvəqqəti olaraq dayandırılır.

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, qeydiyyatın dayandırılması yeni tədris ilinin başlanması ilə əlaqədar profilaktik işlərin aparılması məqsədi daşıyır.

Qeydiyyat sistemi sentyabrın 14-dən etibarən yenidən aktivləşəcək.

Qeyd edək ki, bu müddət ərzində qeydiyyatdan keçmiş və “Virtual məktəb” platformasında artıq mövcud istifadəçi profili olan müəllim və şagirdlər sistemdən istifadə edə biləcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1507

Oxşar yazılar