Bakıda küçədə "Revolver”, “TT” markalı silahlar tapıldı
05 sentyabr 2020 12:42 (UTC +04:00)

Bakıda küçədə "Revolver”, “TT” markalı silahlar tapıldı


Bakıda küçədə silahlar tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri tədbirlər nəticəsində Keşlə qəsəbəsi ərazisində kustar üsulla hazırlanmış “Revolver” tipli tapança və 34 ədəd müxtəlif çaplı patron aşkarlanıb.

Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri tədbirlər nəticəsində M.Hadi küçəsində “TT” markalı tapança və 1 ədəd patron darağı tapılıb.

# 2602
avatar

Oxşar yazılar