Gəncədə tikintidə işləyən şəxs hündürlükdən yıxılaraq öldü
03 sentyabr 2020 20:46 (UTC +04:00)

Gəncədə tikintidə işləyən şəxs hündürlükdən yıxılaraq öldü

 

Gəncədə bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Tağı Aranı küçəsindəki tikintidə qeydə alınıb.

Şəki rayonunun Böyük Zəyzid kənd sakini, 1991-ci il təvəllüdlü Azər Yusibov işlədiyi tikintidə yıxılıb. O aldığı ağır kəllə-beyin travmasından hadisə yerində keçinib. Onun meyiti müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4341

Oxşar yazılar