1192
04:20
03 Sentyabr 2020

Yol qəzasında ana və 2 övladı ağır yaralandı

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Ayıblı kəndində qeydə alınıb.

İki minik maşınının toqquşması zamanı 1970ci il təvəllüdlü Nağıyev Sultan Qarakişi oğlu ,1980-ci il təvəllüdlü Nağiyeva Rəna İsbi qızı və onun övladları - 2018-ci il təvəllüdlü Nağıyev Elmir Sultan oğlu, 2016-cı il təvəllüdlü Nağıyev Elnur Sultan oğlu xəsarət alıb.

Hadisə yerinə Təcili Tibbi Yardım briqadası və DYP əməkdaşları cəlb olunub.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.