02:14
03 Sentyabr 2020

Piyada xəstəxanalıq oldu

Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

APA-nın əldə etdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

1965-ci il təvəllüdlü Aslanov Şakir Maksim oğlu yolu keçmək istəyən zaman “VAZ 2107” markalı avtomobil vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Dİgər xəbərlər