Bakıda qanunsuz quraşdırılan köşklər götürüldü - VİDEO
02 sentyabr 2020 18:11 (UTC +04:00)

Bakıda qanunsuz quraşdırılan köşklər götürüldü - VİDEO

Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən Bakı şəhəri, Nizami rayonunun inzibati ərazisində aparılan tikintilərə dövlət nəzarəti həyata keçirilən zaman Nizami rayonu, C.Naxçıvanski küçəsi, 48 ünvanında yerləşən binanın arxasında, yolun kənarındakı yaşıllıq zolağında 1 sentyabr 2020-ci il tarixində ölçüləri 3mx3m olan yüngül konstruksiyalı 2 ədəd köşkün naməlum şəxslər tərəfindən quraşdırıldığı aşkar olunub.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, həmin köşklər yaşıllıq zolağında quraşdırıldığından və icazə sənədləri təqdim edilmədiyindən qeyri-qanuni hesab edilib. Odur ki, göstərilən köşklər FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Nizami rayon İcra Hakimiyyəti və Nizami rayon Polis İdarəsi əməkdaşlarının iştirakı ilə sentyabrın 2-də ərazidən götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2282

Oxşar yazılar